Xankəndi-Laçın yolundan sülhməramlıların minik maşınları maneəsiz keçib -FOTO,VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

27.12.2022 19:00
458