Xankəndi-Laçın yolunda fləşmob - FOTOLAR

Xankəndi-Laçın yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə 6 gündür davam edən etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər.

Musavat.com-un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, QHT nümayəndələri, ekofəallar və könüllülər ərazidə şamlarla “Stop ekoterror” yazıblar.

Daha sonra onlar “Stop ekoterror” şüarı səsləndiriblər.

17.12.2022 00:45
807