Xankəndi ilə bağlı SENSASİON AÇIQLAMA: “Kütləvi hal alacaq, onları terrorla zərərsizləşdirəcəklər”

“Mülki ermənilərin Qarabağdan gedişi kütləvi hal alacaq. Onların qalmasına yeganə ümid var idi ki, ora Ermənistan qüvvələri nəzarət edirdi və sərhədlərimizdə onların müəyyən hərbi birlikləri var idi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

fazil.jpg (79 KB)

Millət vəkili bildirib ki, hazırda bölgəyə Azərbaycan nəzarət edir:

“Eyni zamanda əsas yol kəsilib. Ona görə də ermənilərin Qarabağdan gedişi gözlənilən idi. Ağlı başında olan erməni açıq-aşkar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Lakin oradakı separatçılar bunu istəyən insanlara belə imkan tanımayacaqlar, terror və ya başqa vasitələrlə onları zərərsizləşdirəcəklər. Ona görə də gələcəkdə müharibədə iştirak etməmək üçün, ölüm riski altında yaşamamaq üçün ən rahat yol bölgəni tərk etməkdir. Çünki o separatçılar bölgəni yenidən müharibəyə sürükləmək istəyirlər, dinc yolla bu problemin həllində maraqlı olmadıqlarını göstərirlər. Belə bir vəziyyətdə praqmatik düşünən ermənilərin bölgəni tərk etməsi daha da sürətlənəcək. Uşaq üçün orta məktəb perspektivi, gənc üçün ali təhsil perspektivi yoxdur. Orta məktəbi bitirən şagird mütləq Ermənistana üz tutmalıdır. Dönüşdə isə onlara yaxşı bir gələcək vəd edilmir”.

menteqe.jpg (56 KB)

Deputat vurğulayıb ki, Qarabağ Xankəndidən ibarətdir və mərkəzdən idarə olunan bir görüntü verən icma formasında özlərini tanıtmağa çalışırlar:

“Amma faktiki olaraq əllərində yol yoxdursa, müstəqil davranış imkanları yoxdursa bunu sona qədər davam etdirmək olduqca çətindir. Bu minvalla yəqin ki, əllərinin arxasını yerə qoyacaqlar. Çünki başqa seçimlərinin qalmadığını ağıllı adamlar özləri də dərk edirlər.

Lakin bütün ermənilərin Qarabağdan gedəcəyini söyləmək yanlış olar. Orada 10 mindən artıq erməni terrorçusu mövcuddur. Ona görə də onların hansısa bir şəkildə birlikdə hərəkət edəcəyini söyləmək olmaz. Söhbət əsasən mülki əhalidən gedir, terrorçular isə orada hələ bir müddət qalacaqlar. Rusiya da bunu bəhanə edib Qarabağda öz missiyasını davam etdirməyi düşünəcək”.

Aytən Novruz
Musavat.com

11.06.2023 20:00
3760