Xankəndi haqda sensasion açıqlama: sentyabrda... - Hərbi analitiklə CANLI

“Sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq. Ən ciddi prosseslər məhz bu ay baş verecək. Bu proseslərdən dərhal sonra isə Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq”.

Bu sözləri Ermənistan telekanalının efirində yayımlanan “İcmal” verlişində tanınmış erməni rejisor və ictimai xadim Ohanes Qalstyan deyib.


“Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək. İrəvandakı ticarət mərkəzində baş verən partlayış, ümumilikdə Ermənistanda sentyabrda baş tutacaq böyük “partlayışın” kiçik modeli idi. Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən aslıdır...” - deyə o qeyd edib.

Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət edib.

Vitali Balasanyan general-mayor Andrey Volkovdan tələb edib ki, qondarma “DQR”in razılığı olmadan azərbaycanlı jurnalistlərin və digər ölkələrin media nümayəndələrinin sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmasına icazə verilməsin.

Xatırladaq ki, ötən gün Azərbaycanda fəaliyyət göstərən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev rusiyalı sülhməramlıların müşayiətilə Laçın şəhəri və Zabux kəndində olub. Jurnalistin Laçından hazırladığı reportaj erməniləri qəzəbləndirib. Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib.

Laçının Zabux kəndində isə qanunsuz yaşayan daha bir erməni “sakin” ərazini tərk etməzdən əvvəl indiyə kimi məskunlaşdığı evi yandırıb. O bu addımını azərbaycanlılara nifrətinə görə atdığını qeyd edib. "Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, - deyə Zabuxdan çıxan erməni videomüraciətində bildirib. Bu, Zabuxda ikinci haldır ki, təxliyədən əvvəl erməni azərbaycanlılara qalmasın deyə yaşadığı evi yandırır.

TVMusavat-ın saat 16:00-da canlı efirində hərbi ekspert Ədalət Verdiyevlə bölgədəki prosesləri müzakirə edirik. İzləyicilər də müzakirəyə qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

19.08.2022 16:01
1670