Xanımının ona xəyanət etdiyini açıqladı

Xəbər verdiyimiz kimi, 2003-cü ildə “Sihirli annem” serialında "Yavuz"u canlandıran aparıcı-aktyor Jess Molho boşanır.

Tez-tez haqlarında ayrılıq xəbərləri çıxan aktyor və 22 illik həyat yoldaşı Zeynep Molho boşanmaq üçün məhkəməyə müraciət edib.

Zeynep İstanbul Ailə Məhkəməsinə müraciət edərək, Jess Molho tərəfindən fiziki, psixoloji və iqtisadi zorakılığa məruz qaldığını iddia edib və ondan 40 milyon lirə təzminat istəyir.

Övladlarının qəyyumluğunu da tələb edən Zeynep ərizəsində ümumilikdə 700 min lirə aliment ödənilməsini qeyd edib.

Onun iddialarını yalanlayan Cess isə həyat yoldaşının ona idman məşqçisi ilə xəyanət etdiyini, spirtli içkilərə aludə olduğunu və əsəb problemi yaşadığını bildirib. Aktyor xanımından 30 milyon lirə təzminat tələb edib. Jessin iddiları arasında xanımının uşaqlarına baxmadığını və onları evdə tək qoyduğu da yer alıb. Jess də uşaqlarının qəyyumluğunu tələb edib və ayda ona 100 min lirə aliment verilməsini istəyib.

Qeyd edək ki, Jess və Zeypein iki övladı var.  (Axşam.az)

06.11.2024 19:56
1470