Tanınmış aparıcı Aytən Səfərovanın “Bəzi kişilər deyirlər, bu ev niyə belədir, elə bil “jek” müdirləridir, hər ay qadına ev işlərinə görə maaş verir, hələ bir sonra da tələb edirlər. Kişi xeylağısan, bir qismət qabağına nə qoyurlar, ye, Allahına şükür et, dur get otur dincəl” fikri birmənalı qarşılanmayıb.
Yenicag.az xəbər verir ki, aparıcının qeyd edilən fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və sərt reaksiyalar doğurub:
“Sən deyən qoyundur, otunu qabağına qoyurlar yeyib gedir…
Bu niyə kişiləri hədəfə alıb…
Öləndə kişİlərin çiynində gedəcəksiniz…
Kişi evin dirəyidir…
Qadın telefona az başını soxsun, ev işini görsün….
Arvad pinti olsun, otursun, kişi də sussun? Kişiləri lap “çurban” etmisiz e, yemək ataq qabaqlarına ki, kəs səsini?”
Lakin aparıcıya haqq qazandıranlar da tapılıb:
“Dünyada təsdiq olunub ki, qadının evdə gördüyü iş kişinin gördüyü işdən qat-qat artıqdır…
Düz deyir vallah, indi çoxusu arvaddan betər olub”.