Xanəndə Manaf Ağayevi aldatdı - FOTO

Müğənni Manaf Ağayevlə xanəndə Leyla Rəhimova arasında inciklik yaranıb.

Bu barədə "Rəngarəng səhər" proqramında məlumat verilib.

Hətta M, Ağayev ötən gün L. Rəhimova ilə efirə çıxmaq istəməyib. Buna səbəb isə Leylanın Ağayeva duet sözü versə də, sonradan oxumaması olub:

"Leyla dedi ki, sizin köhnə mahnılarınız var, onlardan birini aranjiman etdirib yenidən ifa edək. Onun böyük sənəti var, yaxşı oxuyandır. Getdim, mahnını tapdım, aranjimana 1500 manat verdim. Mən səsləndirdim, dedim ki, sən də studiyaya gedib oxumalısan. Dörd aydır, məni yol verirsən. Dedin ki, səsim işləmir və sairə. Səs toyda "şaqqıldayır", amma deyirsən, vaxtım yoxdur, səsim işləmədi. Məni yola vermək olmaz. Sən nə işlə məşğulsan ki? Biz də toya gedirik. Bir dənə "Sən olmayanda" oxuyacaqdın. Səni başa salıram ki, mənimlə oynamaq olmaz. Burada inciklik budur, onu da sən açdın. Ağlama və sairə lazım deyil. Bundan sonra duet oxumaq ola bilməz"./olay.az

13.06.2024 23:02
3925