İranın ali dini lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampın nüvə sazişi ilə bağlı yeni təklifini "aldadıcı" adlandırıb.
Musavat.com xəbər verir ki, Tehranda çıxışı zamanı Xameneyi İranın əvvəllər ABŞ-la danışıqlar apardığını, lakin Tramp administrasiyasının mövcud razılaşmanı ləğv edərək onu masa üzərindən sildiyini bildirib.
"Əgər nəticəsiz qalacağını biliriksə, biz niyə yenidən danışıqlar aparmalıyıq?" – deyə Xameneyi vurğulayıb.
İran lideri ölkəsinin nüvə silahı əldə etməyə can atmadığını, lakin belə bir qərar versələr, Amerikanın onları dayandıra bilməyəcəyini iddia edib.
Musavat.com