Xameneinin müşavirindən ŞOK AÇIQLAMA: Hazırlıqlar başa çatdı

İsrailin ağır şəkildə cəzalandırılması üçün hazırlıqlar başa çatıb.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani bildirib.

“İranda İsmayıl Haniyəni terror etməkdə İsrailin yeganə məqsədi müharibə axtarmaq və atəşkəs danışıqlarını uğursuzluğa düçar etməkdir”, - deyə Şəmxani sosial media hesabında yazıb.

O qeyd edib ki, bu vaxta qədər icra olunmuş hüquqi, diplomatik proseslər yalnız güc dilindən anlayan İsrailin cəzalandırılması üçün tədbirlər hazırlayıb.

Musavat.com

10.08.2024 18:21
1009