Xameneidən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Bu gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, dini lider görüşdə deyib:

"İranın qəti və sabit siyasəti qonşuları ilə, xüsusən də Ermənistanla əlaqələri genişləndirməkdir. Biz Ermənistanla əlaqələrin inkişafına çox inanırıq və iki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq güclü şəkildə davam edəcək”.

Zəngəzur dəhlizinin açılmasını Ermənistanın ziyanına hesab edən Xamenei öz mövqeyində qalmaqda israr edib:

“Əcnəbilər ölkələrin qonşuları ilə münasibətlərinə məhdudiyyətlər yaratmamalıdırlar. Bəzilərinin uzaqdan gəlib başqa dövlətin işinə qarışması onlara zərərlidir”, - deyə Xamenei bildirib.

Paşinyan isə öz növbəsində Ermənistan dəfələrlə heç bir transregional marşrutu qəbul etmədiyini açıqlayıb.

Musavat.com

30.07.2024 15:34
11574