HƏMAS lideri İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib.
"İsrail bu hərəkəti ilə ağır cəzaya zəmin yaratdı. Biz İran İslam Respublikası ərazisində şəhid olanın qisasını almağı özümüzə borc bilirik", - Xamneyinin mətbuat xidməti onun sözlərini sitat gətirir.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında eskalasiya başlayandan bəri İsrail qüvvələri onun ailəsinin qaldığı Qəzza şəhərindəki qaçqın düşərgəsinə dəfələrlə zərbələr endirib. Zərbələr nəticəsində Haniyənin üç oğlu və dörd nəvəsi, həmçinin bacısı həlak olub.
Musavat.com