"Yaxın Şərq bölgəsindəki bütün müqavimət qüvvələri şiə Hizbullah hərəkatının tərəfindədir".
Musavat.com xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei hərəkatın baş katibi Həsən Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra deyib.
"Bölgədəki bütün müqavimət cəbhəsi Hizbullahın tərəfindədir və onu dəstəkləyir", - o bildirib.
Eyni zamanda, Xamenei əlavə edib ki, regionun taleyini "müqavimət cəbhəsi, xüsusən də Hizbullah müəyyən edəcək".
İranın ruhani lideri bütün müsəlmanları Livan və Hizbullah xalqını hər vasitə ilə dəstəkləməyə və İsrailə müqavimət göstərməyə çağırıb.
Daha əvvəl "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, Nəsrullahın ölümü ilə bağlı iddialar fonunda Xamneyi təhlükəsiz yerə köçürülüb. Onun sözlərinə görə, İran bundan sonrakı addımlarla bağlı Hizbullah və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Nəsrullahın sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
"Əl Hadath" telekanalının İsrail mənbələrinə istinadən verdiyi məlumata görə, şiə təşkilatının qərargahına hücum zamanı bunkerləri dağıtmaq üçün güclü hava bombalarından istifadə edilib. Hava hücumunun baş verdiyi əraziyə yaxın olan ən azı altı bina uçub. İlkin məlumatlara görə, ölən və onlarla yaralı var.
Şahanə Rəhimli
Musavat.com