İranın dini lideri Ayətullah Əli Xamenei hərbi rəhbərləri nəyin bahasına olursa olsun, ABŞ-la birbaşa toqquşmanın qarşısını almağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə “New York Times” mənbələrinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, Xamenei hesab edir ki, İranın Kirman şəhərindəki qəbiristanlıq yaxınlığında baş verən partlayışlar İsrailin qəzəbli dünya ictimaiyyətini Qəzza zolağındakı müharibədən yayındırmaq üçün təşkil etdiyi kampaniyanın tərkib hissəsidir. Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, Xamneyi İran komandirlərinə “strateji sakitliyi” qorumaq və İslam respublikasının ABŞ-la birbaşa hərbi qarşıdurmaya cəlb edilməməsi üçün mümkün olan hər şeyi etmək zərurətinə işarə edib.
“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, İsrail hakimiyyəti müttəfiqlərinə Kirman şəhərindəki partlayışlarla heç bir əlaqəsi olmadığını bildirib.
Nəşr bildirib ki, bu, İsrailin dəsti-xətti deyil. Onlar adətən İran təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxsləri və ya infrastrukturu hədəfə alırlar.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat