Xamenei Durovun saxlanılmasından danışdı

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei "Telegram" messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Musavat.com APA-ya istinadən bildirir ki, Xamenei Durovun saxlanılmasından yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.

"Kiberməkanda hər yerdə idarəetmə var. Gördünüz ki, bu yazıq gənci (Pavel Durov) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu, onların qaydalarını pozduğunu göstərir", - Xamenei deyib.

Qeyd edək ki, İranda altı ildən çoxdur ki, "Telegram"ın fəaliyyəti qadağan edilib.

27.08.2024 14:47
1362