"Xamenei dostu Nəsrullahın ölümündən sarsılıb, yas saxlayır..." - "New York Times”dən sensasion açıqlamalar

Həsən Nəsrullahı tanıyan və adları açıqlanmayan dörd İran rəsmisi "New York Times” qəzetinə danışıb.

Musavat.com xəbər verir ki, bu barədə adı çəkilən məşhur qəzet məlumat yayıb.

4 İran rəsmisinin qəzetə verdiyi məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın dostunun (H. Nəsrullahın) ölümündən çox təsirlənib və yas saxlayır, amma yenə də sakit və praqmatik mövqe tutur.

Hər kəsin də müşahidə etdiyi kimi, Nəsrullahın ölümündən sonra Xamenei açıqlamasında qəzəbli ritorikadan çox, ölçülü tonda çıxış etdi.

Analitiklərin fikrincə, Xamenei İsrailə qarşı cavabı İranın yox, Hizbullahın verəcəyini, İranın isə dəstək rolu oynayacağına işarə edib.

İsraillə hərtərəfli müharibə və ya ölkənin maraqlarını qorumaq arasında qərar verməli olan Xameneinin ehtiyatlı davrandığı düşünülür. İnqilab Keşikçiləri Korpusunun baş komandanı general Hüseyn Səlami də İsrailə zərbə vuracaq qrupların “Hizbullah, Həmas və digər Fələstin qrupları” olacağını açıqlayıb.

Musavat.com

29.09.2024 16:24
942