Xəbər verdiyimiz kimi, səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilmiş Xalq artisti Naibə Allahverdiyeva bir müddət öncə evə buraxılıb.
Səhhəti ilə bağlı açıqlama verən aktrisa hazırda vəziyyətinin qənaətbəxş olduğunu deyib:
"İndi Allaha şükür pis deyiləm, hazırda yaxşıyam. Səhhətdir də, gah belə olur, gah elə olur. Məndə bir sıra ciddi problemlər var. Hazırda onları müalicə etdirirəm. Səhhətimdə ciddi irəliləyiş yoxdur”.//News24.az