Xalq artistinin qızı sevgilisindən gələn hədiyyələri paylaşdı – FOTO

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz Sevgililər Günündə ona gələn hədiyyələri paylaşıb.

Vizajist zinət əşyalarının və gül buketinin videosunu paylaşaraq "Çox sağ ol, çox xoşdu" şərhini yazıb.

Ona bu hədiyyələrin kimdən gəldiyi isə maraqla qarşılanıb. Hətta Ş. Novruz verilən suallara görə posta şərh yazmağı bağlayıb.

Qeyd edək ki, vizajist ikinci həyat yoldaşından 3 il əvvəl ayrılıb. (Bizim.Media)

17.02.2025 01:58
9773