Xalq artistinin oğlundan sonra qızı da işdən çıxarıldı

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun qızı işdən çıxarılıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

O, qızının işdən çıxarılmasını işlədiyi şirkətin bağlanması ilə izah edib:

"Kinoda olduğu kimi, oğlumu axtarırdım, dostumu tapdım. Oğluma iş tapmamış, qızımı da çıxarıblar. Qızım ali təhsilli ingilis dili mütəxəssisidir. Firmada işləyirdi. İki ay bundan əvvəl şirkətin fəaliyyəti dayanıb. O gündən qızım də işləmir".

Qeyd edək ki, bir neçə ay bundan öncə Şeyx Əbdülün oğlu Babək Mahmudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işindən çıxarılıb. 

17.11.2023 11:09
10197