"Ona heç it də demirəm, tuladır, tula..."
Bu sözləri ermənilərin terror təşkilatı VOMA-ya qoşularaq onun təlimlərində iştirak edən "model" Armine Arutyunyanın Azərbaycana yönəlik təhdidinə reaksiya verən Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.
Tanınmış aktyor öz görünüşü ilə Ermənistanda da gülüş hədəfinə çevrilən "model"in ünvanına sərt fikirlər səsləndirib:
"Mən o qızın şəklini də görmüşəm. Onun daxili də çölü kimi eybəcərdir. O kimdir, haranın tulasıdır ki, zəfər qazanan, siyasəti, ordusu, qabiliyyəti, bacarığı ilə dünyaya səs salan qalib bir ölkəni hədələsin.
Hələ bir əlinə silah da alıb, kamera qarşısına keçsin. O kimdir axı? Atalarımızın gözəl bir misalı var: "İt hürər, karvan keçər". Ona heç it də demirəm, tuladır, tula..."