Xalq artisti: "Yuxusuzluq məni öldürür, ağrılardan bezmişəm"

Bu gün Xalq artisti Ənvər Həsənovun doğum günüdür.

73 yaşlı sənətkar Qaynarinfo-ya arzularından danışıb:

"Ağrayıram, hər gün iynə vurulur, dərman içirəm, beləcə vaxtımı keçirərəm. O qədər ağrayıram ki, ad günümü də unuduram. Dostlar sağ olsun, gecədən zəng vurub təbrik edirlər. Bu yaşdan sonra adam özünə nə arzu edər? Heç nə arzulamıram. Hər yerim ağrayır, yata bilmirəm. Yuxusuzluq məni öldürür. İnanın, ağrılardan bezmişəm. Ağrısız-acısız bir həyat arzulayıram. Görək, bəlkə bundan sonra yaxşı olaram".

Ənvər Həsənov deyib ki, dostları onunla daima əlaqə saxlayır, səhhətini soruşur:

"Mən heç yerə çıxa bilmirəm, onlar gəlirlər. Allah yaxşı dostları var eləsin".

17.08.2024 19:36
692