Xalq artisti: "Onu bağışlaya bilmirəm"

"Dünyada bir ölümə çarə yoxdur. İstədiyin hər şeyi əldə edə bilərsən. Bircə, ölümə çarə yoxdur. Gənclərə deyirəm ki, qarşılarına məqsəd qoysunlar. Gənc yaşlarımdan istədiyim hər şeyə nail olmuşam".

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova yutubda yayımlanan "Canlı əfsanələr" proqramında deyib. Aktrisa sosial şəbəkələrin insan həyatına təsirindən danışıb:

"Səmimiyyət, qohumluq əlaqələri, dostluq yoxa çıxıb. Bu da telefondan irəli gəlir. Hərə özünə qapanıb. İndi hamı bir-birinin evinə gedirdi. İndi isə hamı vatsapla bir-birinə nəsə göndərir. 

Yaxşılıq etdiyim insanlardan sədaqətsizlik görmüşəm. Mənə qarşı necə oynayırlarsa, mən də elə oynayıram. İndi səmimi insan azdır. Heç qohumlarımla az əlaqəm var. Elə qohumum var ki, ondan qəlbim sınıb, əlaqəm yoxdur. Mənə qarşı oynayan insanları heç zaman bağışlaya bilmirəm".//Axşam.az

16.10.2024 14:14
8404