Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov “İnstagram” səhifəsindəki son paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, ifaçı dünyada yaşayan azərbaycanlı zərb musiqi ifaçılarına səslənərək çağırış edib:
“ “Oğrular” dedikdə artıq hansı “millət”dən bəhs olunduğu bilinir. Bərbad vəziyyətdə oğurlanmış kompozisiyanı paylaşıb, qulağınızı zəhərləmək istəmədim. Necə ki, oğrular torpaqlarımızı oğurlayıb bərbad vəziyyətə qoymuşdular. Müzəffər ordumuzun qalib əsgərləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və Ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Çağırışım dünya azərbaycanlılarının zərb aləti ifaçılarınadır: Azərbaycanın milli sərvəti nağaramızı yerə qoyub, yad alətləri ifa edib, sənət qeyrətimizi satmayaq. Siz nə qədər ki, onun-bunun balasını qucağınızda tutub sığal çəkəcəksiniz, başqaları da sizin doğma alətlərinizi mənimsəməyə cəhd edəcək. Gəlin, tarixi minilliklərə təsadüf edən ritmimizin sütunu olan nağara alətimizə sahib çıxaq”.
Xalidə Gəray
Musavat.com