Əməkdar artist Qorxmaz Əlili ev istəyir.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, övladlarının toyuna görə bağ evini satıb:
"Aktyorlara, rejissorlara, incəsənət adamlarına ev tikib versinlər. Xalq artisti var ki, 3 dəfə ev alıb, sağlığına qismət. "Xalq artisti" deyiləm deyə evim olmayacaq? Söhbət yaxşı aktyorlardan gedir. Mənim xasiyyətimdə yoxdur ki, efirdən şikayət edim. Deyim ki, evim yoxdur.
1995-ci ilə qədər qazanmışam. Şəxsi teatrımdan qazanırdım. Pulumu yığırdım ki, ev alaram. Sonra başladım o pulları o gəncə ev almağa, bu gəncin evini təmir etdirməyə xərclədim.
Telman Adıgözəlov ikiotaqlı evdə rəhmətə getdi. Mən sənət vədayisiyəm. Çəkilişə gedəndə filmin sonunda bilmişəm ki, nə maaş verəcəklər. Elə olub pulsuz çəkilmişəm".