Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında deyilir.
Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
***
Xaçmazda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Hadisə zamanı xəsarət alan və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan rayonun Yeni Həyat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlu bildirib ki, eyni ünvanda yaşadığı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızı ilə aralarında ailə münaqişəsi zəminində mübahisə düşüb.
Mübahisə nəticəsində T.Mirzəyev həyat yoldaşı A.Turabovanın bel və boğaz nayihəsinə zərbələr küt alətlə vurmaqla öldürüb, sonra isə özünun boğaz nahiyəsinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.//Report
***
Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.
Araşdırma aparılır.