12.10.2022-ci il tarixdə "Xaçmaz" QPS-dən qidalanan Qaradağlı kəndinin ərazisində keçən PE 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib.
Qurumdan Musavat.com-a verilən məlumata görə, Xaçmaz rayonunun 21 kəndinin (4500 abonent) qaz təchizatında fasilə yaranıb. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Video materialdan izləyə bilərsiniz: