Xaçmazda qardaş qardaşı mirasa görə döyüb

Xaçmaz şəhərində qardaş qardaşı mirasa görə döyüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Səid Qurbanov küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, 1971-ci il təvəllüdlü Bayramov Nazim Bayram oğlu miras qalan əmlaka görə qardaşı tərəfindən döyülüb.

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

15.11.2022 03:08
723