Xaçmazda minik avtomobili aşdı, yaralananlar var

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.//APA

04.05.2025 18:38
274