Xaçmazda kişi meyiti tapılıb

Xaçmaz rayonunda kişi meyiti tapılıb.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, şəhər mərkəzində kişi meyiti tapılıb.

Meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Abbasov Elşad Harun oğlu olduğu bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

11.12.2022 20:53
393