Xaçmazda ər arvadını bıçaqlayıb

Xaçmaz rayonunda ər arvadını bıçaqlayıb.

“Report”un Şimal bürosunun xəbərinə görə, rayonun Armudpadar kənd sakini 1997-ci il təvəllüdlü Aytən Nəbi qızı Mirzəyeva həyat yoldaşı ilə mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Yaralının yaxınlarının bildirdiyinə görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı araşdırma aparılır.

01.12.2022 03:33
681