Xaçmazda 47 yaşlı kişi bıçaqlanıb

Xaçmaz rayonunda bıçaqlanma baş verib.

“Report”un Şimal bürosunun xəbərinə görə, rayon sakini 1975-ci il təvəllüdlü Osmanov İmran Osma oğlu tanıdığı şəxslə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

20.11.2022 02:00
548