Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Mikayıl Nurməmmədov dindirilib.
Musavat.com-un xəbərinə görə, zərərçəkən bildirib ki, Vaqif Xaçaturyan və Badara sakinləri Meşəli kəndinə qəfil hücum edib:
"Ay erməni, tülkülükdən əl çək. Şərəfsizsən, anma düzünü danış! Meşəliyə hücum edənlər məhz Badara kəndinin sakinləri idi. Moskvanın o vaxt verdiyi məlumata görə, guya onlardan da 100-dən çox itkisi olub. Amma yalandır. Bizim 25 şəhidimiz, 14 yaralımız oldu. Xocalı və OMON-çular bizə köməyə gəlməsəydi, hamımızı yandıracaqdılar".
Mikayıl Nurməmmədov qeyd edib ki, ailəsinin 9 üzvü şəhid olub:
"Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər. Vaqif deyir ki, o, orada olmayıb. Bəs 25 nəfərimizi kim şəhid edib?"
Xalidə Gəray
Video müəllifindir
Musavat.com