Xaçatryan Azərbaycan xalqından üzr istədi - VİDEO

"Meşəli qətliamına görə bütün Azərbaycan xalqından üzr istəyirəm".

Musavat.com xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan bu gün keçirilən məhkəmə prosesində deyib.

Xaçatryan israrla Meşəli qətliamında iştirak etmədiyini bildirib.

"Mən Meşəli kəndində baş verən hadisələrdə iştirak etməmişəm. Amma həmin kənddə ermənilərin törətdikləri hadisələrə görə bütün Azərbaycan xalqından üzr istəyirəm", - Vaqif Xaçatryan qeyd edib.

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

24.10.2023 12:24
3230