Uzaq Şərqdə ilk dəfə olaraq, keçmiş miqrantların ilkin hərbi qeydiyyata alınması öhdəliyini yerinə yetirmədiyi üçün Rusiya Federasiyasının vətəndaşlığına xitam verilməsi barədə qərarlar qəbul edilib,
Musavat.com ng.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
Polisin məlumatına görə, avqust ayında Tacikistan Respublikasının üç sakini Rusiya vətəndaşlığı alıb, lakin qanunun tələbinə uyğun olaraq hərbi qeydiyyatdan keçməyib.
Bu qanun pozuntuları Xabarovsk Ərazi Hərbi Komissarlığı və vilayət Daxili İşlər İdarəsinin Miqrasiya İdarəsinin birgə işi zamanı müəyyən edilib.
Rusiyanın region üzrə Daxili İşlər Nazirliyi qanunu pozanlarla bağlı Rusiya vətəndaşlığına xitam vermək qərarına gəlib.
Qeyd edək ki, son 2-3 ildə Rusiya vətəndaşı olmaq istəyən gənc miqrantları o qədər də çətinə salmır, istəklərini yerinə yetirirlər, ancaq qısa müddətdən sonra onlara hərbi çağırış vərəqəsi göndərir, Ukraynadakı müharibəyə aparmaq istəyirlər.
Musavat.com