"WhatsApp” müəllimlərə qadağan olundu

Dağıstanda müəllimlərə “WhatsApp”da iş yazışmaları aparmaq qadağan edilib.

Respublikanın məktəb müəllimlərindən messencerdən əl çəkməyi və orada iş söhbətləri aparmamağı xahiş ediblər. “WhatsApp” əvəzinə müəllimlərə məişət xidmətlərindən – “VKontakte” messencerindən və “Sferum” təhsil platformasından istifadə etmək təklif edilib.

Qeyd edək ki, sentyabrın 29-da Yekaterinburq müəllimlərinə də “WhatsApp” və “Telegram”dan istifadə qadağan edilib. (lent.az)

01.10.2023 02:31
5708