“WhatsApp” istifadə edənlərin nəzərinə- YENİLİK GƏLİR  

 

 

Dünyaca məşhur mesajlaşma proqramı yeni funksiyasını istifadəyə verib.

Musavat.com xəbər verir ki, yenilik həm mobil proqramda, həm də veb interfeysdə istifadə olunmağa başlayıb.

WhatsApp bir müddət əvvəl “Communities” adı altında yeni istifadə platformasını təqdim etdi.

Eyni mövzu ətrafında daha çox insanı bir araya gətirən elan kanalları WhatsApp-da İcmalar olaraq təyin olundu.

Yenilənmələrlə 5 min nəfərə qədər elan qrupu yaradıla bilər. Burada qarşılıqlı əlaqə mümkün deyil, ancaq izlədiyiniz kanallardan məlumat almaq olur.

İndi isə “WhatsApp”  istifadəçilərə qrup mesajlarında başqalarının profil fotolarını görmək imkanı da verəcək.

İstifadəçilər onlarla insandan ibarət qruplarda ən böyük rahatlığı yaşayacaqlar.

Adı kontaktınızda olmayan və ya mesaj göndərən xarici şəxslərin profillərinə klikləmədən onların fotosunu görəcəksiniz.

Yeniləmə ilk dəfə “iOS beta”da müşahidə edilib. Test mərhələsində olan xüsusiyyət bir çox istifadəçiyə təqdim edilməyə başlayıb.

 

Musavat.com

21.05.2023 14:46
2721