"Whatsapp+" sosial şəbəkəsi istifadəçilərini təhlükə altına atır.
"Whatsapp"dan fərqi olaraq bu proqramın istifadəçiləri kiber dələduzların qurbanına çevrilirlər.
Bununla bağlı Elektron Təhlükəsizlik Xidməti də vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırır.
"Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərib ki, vətəndaşların fərdi məlumatlarının oğurlanması və maliyyə itkisi ilə üzləşməsinin səbəblərindən biri "Whatsapp plyus" və bu kimi rəsmi olmayan tətbiqlərdən istifadədir. Kiber dələduzlar bu cihazlardan istifadə etməklə digər kiber hücumların həyata keçirilməsinə istifadə edə bilərlər", - deyə ETX-nin sektor müdiri Ləman Hüseynzadə bildirib.
Ətraflı AzTV-nin videomaterialında izləyə bilərsiniz: