“Whatsapp” messencerində səsli mesajların mətnə köçürülməsi funksiyası tezliklə “Android” cihazlarında əlçatan olacaq.
Gözlənilən yenilikləri proqramın ən son beta versiyalarından birində “Android” üçün səs transkripsiyasının dəstəyini təsvir edən kod fraqmentlərinin olması göstərir. Bu seçim istifadəçilərə səsli mesajı tam dinləyə bilmədikdə mətni oxumağa kömək edəcək. “WhatsApp” transkripsiyanı yerinə yetirmək üçün nitqin tanınması texnologiyasından istifadə edəcək, əlavə 150 MB yeni proqram məlumat paketinin birdəfəlik endirilməsini tələb edəcək. (viral.az)