Məşhur "WhatsApp" messencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.
Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, messencerdə yeni formatlaşdırma alətləri olacaq:
kodlar bloku,
sitatlar,
siyahılar bloku.
Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə ediləcək.
Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə bilər. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz.
Ekspertlər əlavə edib ki, siyahılar məlumatı təşkil etməyə kömək edəcək.
Məqalədə deyilir: “Siyahılar yaratmaq üçün mətninizi '*', '-' və ya rəqəmlərlə başlayın./baku.ws