"WhatsApp"da möhtəşəm yenilik gəlir - artıq zəng gələn zaman...

Vatsap növbəti funksiyalarını təqdim edəcək.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yaxın gələcəkdə istifadəçilər daxil olan zəng zamanı ona yığan şəxsin fotosunu tam ekranda görəcəklər.

Zənglərlə bağlı başqa funksiyalar da olacaq. Məsələn, yuxarıdakı nişanlar zəng pəncərəsini minimuma endirməyə və ya əlaqə siyahısından mövcud səsli söhbətə iştirakçılar əlavə etməyə imkan verəcək.

Hələlik yenilikləri tətbiqin yalnız beta versiyasındadır. Yeniliyin yaxın günlərdə digər istifadəçilər üçün də əlçatan olacağı gözlənilir.

07.06.2024 17:18
14766