"WhatsApp"da istifadəçilərin profil fotolarının yayılmasından qoruyan funksiya olacaq.
Bu barədə "WABetaInfo" portalı yazır.
Tərtibatçılar profil skrinşotlarını çəkməyi qadağan edən funkisya üzərində çalışırlar.
Qeyd olunur ki, beş il əvvəl messencerdən istifadəçilərə digər istifadəçilərin profil şəkillərini saxlamaq imkanı verən funksiya ləğv edilib.
Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan həssas istifadəçi məlumatlarını qorumaq üçün əsaslandırılıb. "WhatsApp"ın Android üçün 2.24.4.25 beta versiyası indi profil şəkillərinin skrinşotlarını bloklayan funksiyaya malikdir.
Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını bildirən bildiriş görünür.
Oxşar məhdudiyyət tez-tez bank proqramlarında və ya "Telegram" messencerində olur.
Hələlik bu funksiya yalnız "Android"də "WhatsApp"ın bəzi beta istifadəçiləri üçün əlçatandır.
Yeniləmənin hər kəs üçün istifadəyə veriləcəyi vaxt barədə məlumat verilməyib.(BAKU.WS)