“WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir - FOTO


“WhatsApp” mesenceri “Son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir. Seçim hazırda “beta” versiyalarındadır.

Musavat.com Qazet.az-a istinadən xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramlarından birinin istifadəçilərinin əksəriyyəti çoxdan belə parametr arzusunda idi.

Bu yeniləmə həm də profil şəklini və “Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün “Parametrlər” > “Hesab” > “Məxfilik” > “...dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.

19.04.2022 10:05
1747