Aparıcı Vüsalə Əlizadə qızı Dileklə bağlı paylaşımı ilə diqqət çəkib.
Yeni dərs ilinin başlaması ilə əlaqədar televiziya aparıcısı övladının təhsil aldığı özəl məktəbə yola salıb.
Əlizadə bununla bağlı instaqram səhifəsində məlumat yayıb.
Diləyin təhsil ocağının önündə çəkdiyi fotonu izləyiciləri ilə bölüşən Vüsalə “Gözümün nuru, yeni dərs ilin mübarək. Yolun və zehnin açıq olsun can parçam. Mənim ən böyük uğurum qızım Dilək” sözlərini yazıb.
Qeyd edək ki, Dilək V.Əlizadənin illər əvvəl ailə qurub daha sonra isə boşandığı həmkarı Azər Zahiddən dünyaya gələn övladıdır./OLAY