Vüqar Həşimovun atası vəfat etdi

TƏBİB mərhum şahmatçı Vüqar Həşimovun atasının ölümü ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda deyilir:

"Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun 08.01.2025-ci il tarixində saat 12:55-də ölüm faktı qeydə alınıb.

Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur.

Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Q.Həşimov 3 dekabr 2024-cü il tarixində bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

***

Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov bu gün xəstəxanada vəfat edib.

Musavat.com-a bu barədə şahmatçının yaxınları bildirib.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də yaşadıqları evdə səhər saatlarında baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.

Şahanə Rəhimli
Musavat.com

08.01.2025 15:26
1195