Vüqar Bayramovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası Füzuli rayonu İkinci Mahmudlu kəndinin sakinləri ilə davam edib.
Kənd sakinləri ilə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfər və eləcə də quruculuq mərhələsində Füzuli rayonunun daha da inkişafı üçün yaranan yeni imkanlardan danışan namizəd seçicilər ilə müntəzəm ünsiyyətin saxlanmasının fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu bildirirək, VI Cağrış Milli Məclisdə təmsilçiliyi dövründə həyata keçirdiyi işlər ilə bağlı geniş məlumat təqdim edib.
O, İkinci Mahmudlu kəndinin sakinləri ilə müntəzəm görüşlərimizin olduğunu qeyd edərək seçicilərin etimadını qazanacağı halda əvvəlki illərdə olduğu kimi Horadiz şəhərində hər ay təşkil edilən qəbulların və kənd sakinləri ilə ayrıca görüşlərin davam etdiriləcəyini bildirib.
Kənd sakinlərinin qayğılarını öyrənib, uyğun dövlət qurumlarına çatdırmaqda davam edəcəyini söyləyib.
Çıxış edənlər Vüqar Bayramovun VI Cağrış Milli Məclisdə təmsilçiliyi dövründə həyata keçirdiyi faəliyyəti yüksək qiymətləndirərək ötən müddətdə müntəzəm görüşlərin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Sakinlər 1 sentyabr Milli Məclisinə növbədənkənar seçkilərdə də Vüqar Bayramovu dəstəkləyəcəklərini bildiriblər. İnteraktiv formada keçirilən görüşdə kənd sakinlərinin fikirləri dinlənilib və sualları cavablandırılıb.