84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramov növbəti görüşü Bakı şəhərində məskunlaşan Füzuli sakinləri ilə olub.
Namizəd VI Cağrış Milli Məclisdə təmsilçiliyi dövründə fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb və yeni platforması barədə məlumatı təqdim edib: “Yeni dövrün yeni hədəflərinə uyğun olaraq qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər və imkanlar barədə görüş iştirakçılarını məlumatlandırdım.
Regionda formalaşan yeni düzənə uyğun olaraq Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda ardıcıl və sistemli təqdim olunması da aktuallığını qoruyub saxlayır. Yenidən etimad olacağı halda növbəlilik əsasında Füzuli sakinlərinin məskunlaşdığı bütün yaşayış məntəqələrində, o cümlədən Bakıda məskunlaşan seçicilərimiz ilə vətəndaş qəbulları, eləcə də aylıq Horadiz görüşləri davam etdiriləcək”.Görüşdə çıxış edənlər seçicilərin müraciətlərinə hər zaman diqqətlə yanaşdığına görə təşəkkür edərək vacib hesab etdikləri bir sıra digər məsələlərə də diqqət ayırdılar.