Vuçiçdən Durovun həbsi ilə bağlı açıqlama

Serbiya prezidenti Aleksandar Vuçiç "Telegram" mesencerinin qurucusu Pavel Durovun Fransada həbsi ilə bağlı açıqlama verib.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Pink" telekanalında məlumat verib.

O xatırladıb ki, 2018-ci ildə Rusiya "Telegram"a ilk yumşaq təzyiqə başladığı zaman Qərbdən 26 təşkilat ölkə hökumətinə azadlıqları pozmaması üçün müraciət imzalayıb.

Serbiya liderinin sözlərinə görə, indi cəmi altı ildən sonra Qərb dünyasında Durovun saxlanılması və "Telegram"ın bağlanmasını tələb etməsi tamamilə anormaldır.

"Hər şey təhrif olunub, hər şey onların öz maraqlarına uyğun olaraq dəyişir", - Vuçiç bildirib.

Qeyd edək ki, bu bəyanat Fransa Prezidenti Emmanuel Makronun avqustun 29-30-na nəzərdə tutulmuş Belqrada səfəri öncəsi verilib.

27.08.2024 02:56
636