Vuçiç xalqa müraciət etdi: Heç bir inqilab baş verməyib - VİDEO

Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində heç bir inqilabın baş vermədiyini, Serbiya və Belqradı qorumaq üçün “dövlət institutlarının kifayət qədər güclü olduğunu” deyib.

Musavat.com xəbər verir ki, O iğtişaşçıların saxlanılacağını bildirib. 

Vuçiç Serbiya rəhbərliyinə xəbərdarlıq edən və ölkədə “rəngli inqilab” cəhdinin hazırlandığı barədə məlumat verən xarici kəşfiyyat xidmətlərinə də təşəkkür edib. 

 

Musavat.com 

24.12.2023 23:33
737