Vuçiç: “Serbiya Azərbaycandan təbii qaz almağı planlaşdırır”

Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Vuçiç vurğulayıb ki, ölkənin maliyyəsi gələcək aylarda gözlənilən tədarük çatışmazlığı ilə mübarizə aparmaq üçün Rusiya enerji mənbələrinə alternativ təmin edəcək qədər güclüdür.

30.08.2022 00:16
682