Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı

Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində gözlənilməz pisləşmə baş verib.

Musavat.com xəbər verir ki, bu hadisə onun ABŞ-ın Florida ştatına səfəri zamanı qeydə alınıb və o, planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə ölkəsinə qayıdıb.

Dövlət telekanalı RTS-in məlumatına görə, prezidentin geri qayıtması qərarı həkimlərlə məsləhətləşmələrdən sonra verilib. Vuçiçin səhhəti ilə bağlı dəqiq təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, prezident bir müddət əvvəl 9 Mayda Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəyini bəyan etmişdi. Onun bu planı Avropa Komissiyasında ciddi narahatlıq doğurmuşdu.

Musavat.com

03.05.2025 11:28
467