“Vosmoy” bazarında obyektlər sökülür: Satıcıların malları küçədə qalıb - FOTO, VİDEO + REPORTAJ

Video əlavə edilib.

*****

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb. Ərazidə piştaxtalar sökülərək yerlər boşaldılır. 

Xanım satıcı deyir ki, yeganə gəlir yeri bu bazardır. 

Satıcılar söküntüdən yeni xəbər tutduqları üçün mallarını yığmağa yer ayıra bilmədiklərini bildirirlər.

Obyekt sahibləri isə həsrətlə işlərin yenidən bərpa olunacağı günü gözləyir.

Şahanə Rəhimli
Musavat.com

30.10.2024 19:08
4057